“Caribbean Princess” gəmisində həyata keçirilən 12 günlük Karib dənizi səyahəti zamanı 230-dan çox sərnişində qusma və ishal halları müşahidə olunub.
VOİCEPRESS xəbər verir ki, bu haqda “The New York Post” (NYP) məlumat yayıb.
Nəşr bildirir ki, noyabrın 23-də gəmi ABŞ-nin Florida ştatına qayıtmazdan əvvəl 233 sərnişin və 35 heyət üzvü norovirusa yoluxub. Ümumilikdə gəmidə 2936 sərnişin olub.
Səyahəti təşkil edən “Princess Cruises” şirkəti bildirib ki, infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə xəstələnən şəxslərin hamısı xəstəlik müddətində öz kayutlarında qalıblar.
VOİCEPRESS