DOLAR
50,07 ₺
EURO
56,03 ₺
STERLİN
67,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Yazarlar Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzvlük üçün 2027 və ya 2028-ci ildə rəsmi müraciət etməsinin real olduğunu bildirib.

|

VOICEPRESS xəbər verir ki, Paşinyan bunu “Euronews”un Aİ-nin genişlənməsi sammitində deyib.

“Gələn il və 2028-ci il real ola bilər. Biz Avropa İttifaqına tamhüquqlu üzvlük üçün rəsmi müraciətin təqdim edilməsinə gətirib çıxaracaq prosesə başlamışıq”, – Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı Aİ-yə üzvlüyü demokratiyanın qorunması baxımından strateji seçim adlandırıb və ermənilərin ölkənin gələcək istiqamətini müəyyən etməli olduğunu qeyd edib.

Qeyd edək ki, İrəvan hələ Aİ-yə rəsmi üzvlük müraciəti təqdim etməyib. Ermənistan hazırda Avropa Komissiyası ilə viza liberallaşdırılması üzrə dialoq aparır və bu prosesin 2029-cu ilədək başa çatdırılması nəzərdə tutulur.

VOICEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR