DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ərəbistan küləkləri Bakını toza bürüdü

Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə gələn toz-duman Bakıya zəif də olsa, gəlib çatıb.VOİCEPRESS.AZ xəbər verir ki, bunu…

|
Ərəbistan küləkləri Bakını toza bürüdü

Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə gələn toz-duman Bakıya zəif də olsa, gəlib çatıb.
VOİCEPRESS.AZ xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvərlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

Onun sözlərinə görə, bu dəfəki toz-duman prosesi əvvəlki proseslərlə müqayisədə çox zəifdir.

M.Avazova qeyd edib ki, noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir.

Nazirlik rəsmisi qeyd edib ki, əvvəllər toz-dumanın ölkə ərazisinə daxil olması 5-10 il ərzində 1 dəfə təkrarlanırdısa, artıq il ərzində 2-3 dəfə, bəzən isə 4 dəfə təkrarlanır.

M.Avazova bu artımın səbəbini iqlim dəyişmələri ilə izah edib: “İqlim dəyişmələri ilə əlaqədar səhralarda küləklərin, fırtınaların sayı da artıb. Buna görə də toz-dumanlar da səhra fırtınaları zamanı atmosfer qatına qalxırlar və hava axınları ilə digər ölkələrin ərazilərinə daxil olurlar”.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR