DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Elon Musk “Tvitter”lə 44 milyarda razılığa gəldilər

Elon Musk, “Tvitter”i almaq üçün 44 milyard dollar ödəməyə razılıq verib. Voicepress.az Vaşinqton Post-a istinadən xəbər verir ki, “Tesla” və “SpaceX”in baş…

|
Elon Musk “Tvitter”lə 44 milyarda razılığa gəldilər

Elon Musk, “Tvitter”i almaq üçün 44 milyard dollar ödəməyə razılıq verib.

Voicepress.az Vaşinqton Post-a istinadən xəbər verir ki, “Tesla” və “SpaceX”in baş direktoru Elon Musk sosial media şirkəti “Twitter”i təxminən 44 milyard dollara almaq barədə razılığa gəlib.

“Tvitter”dən verilən açıqlamada şirkətin hər səhmini 54,2 dollara Muska satmaq üçün razılığın əldə edildiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, əməliyyat başa çatdıqdan sonra “Tvitter” özəl şirkətə çevriləcək.

“Tvitter”I alan Elon Musk “İfadə azadlığı fəaliyyət göstərən demokratiyanın təməl daşıdır və Tvitter bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi rəqəmsal şəhər meydanıdır” deyib.

“Tvitter”i hər zamankindən daha yaxşı vəziyyətə gətirmək istədiyini bildirən Musk, “Tvitter”in daha böyük potensiala malik olduğunu və bunu ortaya çıxarmaq üçün şirkət və istifadəçilərlə işləməyi səbirsizliklə gözlədiyini qeyd edib.”

Xatırladaq ki, “Tvitter”də 9,2 faiz pay alan Mask aprelin 14-də verdiyi açıqlamada bütün “Tvitter” üçün hər səhmə 54,2 dollar təklif etmişdi.

\voicepress.az\

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR