Səhər saatlarında Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında ölən 3 nəfərin və yaralananlardan ikisinin şəxsiyyəti müəyyənləşib.
VOİCEPRESS report.az-a istinadən bildirir ki, 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu və 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu qəza nəticəsində ölüb.
Həmçinin qəza nəticəsində yaralanan 4 nəfərdən ikisinin adı məlum olub. Bunlar Qəhrəmanova Aqilə Canhəsən qızı və Əliyev Zaurdur. Yaralılardan birincisi Qaradağ xəstəxanasına, ikincisi isə 1 saylı Mərkəzi Klinik Xəstəxanaya yerləşdiirilib. Digər iki yaralının xəsarətləri yüngüldür. Onların adı hələ ki məlum deyil.
VOİCEPRESS.AZ