Türkiyədən Əsədə ağır zərbə: 1709 hərbçi, 55 tank, 3 helikopter…
Fevral ayının 10-dan bəri Türkiyə ordusunun və Suriya müxalifətinin İdlibdə həyata keçirdiyi əməliyyatlar nəticəsində 1709 suriyalı hərbçi həlak olub. 55 tank, 15 zirehli texnika, 29 silah və 3 helikopter məhv edilib. VOİCEPRESS xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Qeyd edək ki, Suriya ordusunun Soçi sazişini pozaraq İdlibə hücum etməsi Ankaranı hərəkətə keçirib. […]