Yunanlar S-300-ləri sınaqdan keçirdi
Yunanıstan Silahlı Qüvvələri Krit adasında S-300 zenit raket kompleks sistemlərini sınaqdan keçirib. VOİCEPRESS xəbər verir ki, sınaq prosesi 23-27 noyabrda keçirilən təlimlər zamanı baş tutub. Təlimlərə Yunanıstanla birgə Almaniya, Hollandiya və ABŞ hərbçiləri də qatılıb. Eyni zamanda, təlimlərdə TOR-M1 və OSA-AK özüyeriyən zenit raket kompleks sistemlərindən də istifadə edilib.