İspaniyada leysan yağışı və qasırğa fəlakətə səbəb olub
İspaniyanın qitə ərazisi, habelə Balear və Kanari adalarında yağan leysan yağışı sahil ərazilərində daşqınlara səbəb olub.VOİCEPRESS.AZ RİA "Novosti”yə istinadən xəbər verir ki, ölkənin şərq sahilləri daha çox ziyan görüb. Belə ki, Kataloniya muxtar bölgəsinin Girona əyalətində daşqın üzündən onlarla sakin təxliyyə olunub, 26 avtomobil yolu bağlanıb. Kanari adalarında ötən gün 6 metrədək dalğa qeydə alınıb. [...]