Türkiyənin Anadolu İdman Jurnalistləri Dərnəyi Xocalını əks etdirən film nümayiş etdi
22-25 noyabr tarixlərinə Türkiyənin qədim şəhərlərindən biri olan Bursada, Türkiyənin Anadolu İdman Jurnalistləri Dərnəyinin (ASGD) təşkilatçılığı ilə “Evlad-ı Fatihan Payitahtta buluşuyor” (Övladi Fatihan Paytaxtda görüşür) adlı olduqca önəmli və səciyyə baxımından əhəmiyyətli layihə həyata keçirilib.Türk Dünyası ölkələri, Yaxın Şərq və Balkanlarda müharibə iştirakçısı, şəhid ailələri və qazilərin, mətbuat təmsilçilərinin qatıldığı tədbirdə 19 ölkədən 65 nümayəndə [...]