İndoneziyada sunami nəticəsində 431 nəfər ölüb
İndoneziyanın Sumatra və Yava adalarında sunami nəticəsində 431 nəfər ölüb, 7,2 min nəfər yaralanıb.VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxo öz "Twitter" səhifəsində yazıb.O qeyd edib ki, təbii fəlakət nəticəsində 46 mindən çox yerli sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb, [...]