DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Dünya şöhrətli yazıçının oğlu 10 aylıq qızını öldürdü

Dünya şöhrətli amerikalı yazıçı  Pol Austerin oğlu Danielin 10 aylıq qızını öldürüb. Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, dünya şöhrətli…

|
Dünya şöhrətli yazıçının oğlu 10 aylıq qızını öldürdü

Dünya şöhrətli amerikalı yazıçı  Pol Austerin oğlu Danielin 10 aylıq qızını öldürüb.

Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, dünya şöhrətli yazıçı Pol Austerin oğlu Daniel, 10 aylıq qızının ölümündə günahlandırılaraq həbs olunub. Ötən ilin noyabr ayında 10 aylıq körpə evdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmamışdı.

Körpənin ölümündən sonra aparılan araşdırmada ölüm səbəbinin qanında yüksək faizlə narkotik maddə olması olduğu bildirilib. Hadisədən aylar sonra Rubinin atası, 44 yaşlı Daniel Auster həbs edilib. Austerə qarşı irəli sürülən ittihamlar arasında qəsdən adam öldürmə, ehtiyatsızlıqdan ölümə səbəb olma və yetkinlik yaşına çatmayan uşağı təhlükə altına atma maddələri daxildir.

Onu da qeyd edək ki, Daniel Austerin adı 1996- cı ildə Angel ləqəbli narkotik satıcısının qətlində günahlandırılan məşhur gecə klubunun sahibi Maykl Aliqin işində hallanıb. Angel adlı bu narkotik alverçisi öldürüldükdən sonra cəsədi hissələrə ayrılıraq Hudson çayına atılmışdı. Lakin 1998-ci ildə Daniel Austerin qətllə əlaqəsi olmadığı açıqlanmışdı.

Xatırladaq ki, Daniel Austerin atası Pol Oster təkcə ABŞ-da deyil, həm də dünyada tanınmış və sevilən yazıçılardan biridir. 90-cı illərin əvvəllərində tanınmağa başlayan yazıçı 2000-2010-cu illərdə bir sıra məşhur romanlara imza atıb. Onun bir çox əsərləri əsasında filmlər çəkilib.

Qəribədir ki, Austerin 2003-cü ildə nəşr olunan “Kəhanət gecəsi” romanı oğlu narkotik aludəçisi olan bir yazıçıdan bəhs edir. Pol Austerin həyat yoldaşı, Daniel Austerin ögey anası məşhur yazıçı Siri Hustvedt də 2003-cü ildə baş qəhrəmanı narkotik aludəçisi olan bir roman yazdı; hətta bu romanın qəhrəmanının adı da Daniel Auster kimi narkotik alverçisinin ölümündə hallanırdı.

Günel Musa \voicepress.az\

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR