DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Dövlət büdcəsinin iki ayda gəlir və xərcləri nə qədər olub? – Statistika

Maliyyə Nazirliyi 2022-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlir və xərclərini açıqlayıb. Voicepress.az xəbər verir ki,Maliyyə Nazirliyinin…

|
Dövlət büdcəsinin iki ayda gəlir və xərcləri nə qədər olub? – Statistika

Maliyyə Nazirliyi 2022-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlir və xərclərini açıqlayıb.

Voicepress.az xəbər verir ki,Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 4 milyard 626,1 milyon manat, xərcləri 2 milyard 685,1 milyon manat təşkil edib, büdcənin icrasında 1 milyard 941 milyon manatlıq və ya ümumi daxili məhsulun 10,1 faizi qədər profisit yaranıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 2 milyard 750,5 milyon manat, xərcləri isə 983,4 milyon manat təşkil edib. Daxilolmaların 26,6 faizi əlavə dəyər vergisi, 18 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,1 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,5 faizi fiziki şəxslərin gəlir vergisi, 3,3 faizi aksizlər, 2,9 faizi vergilərin digər növləri, 41,6 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub. Büdcə vəsaitlərinin 26,7 faizi sosial müdafiə və sosial təminatın, 20,1 faizi təhsil və səhiyyənin, 18,3 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 12,3 faizi ümumi dövlət xidmətlərinin, 11,4 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 11,2 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR