DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Deputatdan Uorlikin Qarabağ bəyanatına reaksiya

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı beynəlxalq hüquq normalarının prinsipləri kobud şəkildə pozulub.Bu sözləri VOİCEPRESS- ə açıqlamasında…

|
Deputatdan Uorlikin Qarabağ bəyanatına reaksiya

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı beynəlxalq hüquq normalarının prinsipləri kobud şəkildə pozulub.

Bu sözləri VOİCEPRESS– ə açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat vurğulayıb ki, bundan sonra danışıqlar prosesində Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ön planda olmalıdır:

“ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçirilən brifinqdə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlikin Azərbaycanla bağlı dediyi fikirlər müsbət haldır. O bildirib ki, ölkəmizin suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün deyil. Bu gün problemlərin həlli ilə bağlı beynəlxalq hüquq normalarının prinsipləri kobud şəkildə pozulub. Yalnız BMT-nin dörd qətnaməsi icra olunduqdan sonra bölgədə sülh mümkün olacaq. Bu isə işğal edilmiş ərazilərin azad edilməsindən keçir”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik, Rusiya və ABŞ-ın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR