DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

DÇ-2018: Fransa və Portuqaliya mundiala vəsiqə qazanıb

DÇ-2018-in seçmə mərhələsində Avropa zonasında qrup oyunlarına yekun vurulub. VOİCEPRESS-in məlumatına görə, sonuncu oyun günündə A, B və H qrupundakı…

|
DÇ-2018: Fransa və Portuqaliya mundiala vəsiqə qazanıb

DÇ-2018-in seçmə mərhələsində Avropa zonasında qrup oyunlarına yekun vurulub. VOİCEPRESS-in məlumatına görə, sonuncu oyun günündə A, B və H qrupundakı komandaların taleyinə aydınlıq gəlib.

A qrupunda Fransa ilk pillədə qərarlaşaraq, mundiala birbaşa yollanmaq hüququ qazanıb. İkinci yerin sahibi isə İsveç yığması olub. Onlar sonuncu turda Hollandiyaya 0:2 hesabı ilə uduzsalar da, pley-offa yüksəliblər.

B qrupunda birinci yer uğrunda mübarizə sona qədər davam edib. Yekunda İsveçrəni 2:0 hesabı ilə üstələyən Portuqaliya millisi dünya çempionatının final mərhələsinə birbaşa yollanacaq komanda adına yiyələnib. İsveçrə isə qrup ikincisi kimi pley-offda iştirak edəcək.

H qrupunun birincisinin Belçika yığması olacağı əvvəldən məlum idi. İkincilik uğrunda mübarizədə isə Yunanıstan üstün tərəf olub və pley-offa qatılmaq hüququna yiyələnib.

DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
X tur

A qrupu
Hollandiya – İsveç – 2:0
Qollar: Robben, 15 (pen.), 40
Fransa – Belarus – 2:1
Qollar: Qrizmann, 27; Jiru, 33 – Saroka, 44
Lüksemburq – Bolqarıstan – 1:1
Qollar: Till, 3 – Çoçev, 68

B qrupu
Portuqaliya – İsveçrə – 2:0
Qollar: Curu, 41 (avtoqol); Andre Silva, 57
Macarıstan – Farer adaları – 1:0
Qol: Bode, 81
Latviya – Andorra – 4:0
Qollar: İkaunieks, 11; Sabala, 19, 59; Tarasovs, 63


H qrupu

Yunanıstan – Cəbəllütariq – 4:0
Qollar: Torosidis, 32; Mitroğlu, 61, 63; Canniotas, 78
Estoniya – Bosniya və Herseqovina – 1:2
Qollar: Antonov, 75 – Hayroviç, 48, 84
Belçika – Kipr – 4:0
Qollar: Azar, 12, 52, 62 (pen.); Lukaku, 78

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR