DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Bu il paytaxtın istehlak bazarı 3%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhalinin tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin…

|
Bu il paytaxtın istehlak bazarı 3%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhalinin tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 23 263,1 mln. manat olmaqla 2017-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,5% artıb.

VOİCEPRES.AZ-ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,9%-ni qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsini real ifadədə 3,8% üstələyərək 22 319,8 mln. manat olub.

Bu ilin əvvəlindən hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,3% artaraq 7 697 mln. manat təşkil edib.

VOİCEPRES.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR