DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

BMT ukraynalı qaçqınlarla bağlı bəyanat yaydı

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Ukraynadakı qaçqın böhranı ilə bağlı məlumatlar paylaşıb. Voicepress.az xəbər verir…

|
BMT ukraynalı qaçqınlarla bağlı bəyanat yaydı

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Ukraynadakı qaçqın böhranı ilə bağlı məlumatlar paylaşıb.

Voicepress.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Ukraynadan qonşu ölkələrə keçən qaçqınların sayının 5 milyonu keçdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın müharibə apardığı Ukraynadan qonşu ölkələrə 5 milyon 34 min 439 qaçqının keçdiyini bildirib.Onların çoxunun əsasən Polşaya üz tutduğu bildirilib.

Komissarlığın  açıqladığı siyahıda ukraynalı qaçqınların Polşa(2 milyon 825 min 463), Rumıniya (757 min 047), Rusiya (549 min 805), Macarıstan (471 min 80), Moldova (426 min 964), Slovakiya (342 min 813) və Belarusa (23 min 759)a keçdiyi qeyd olunur. Fevralın 18-23 tarixlərində isə Donetsk və Luqansk vilayətlərindən 105 min insanın Rusiyaya keçdiyi bildirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu bildirib ki, bəzi ukraynalı qaçqınların  qonşu ölkələr arasında səyahət edikləri üçün ümumi rəqəm yüksəkdir.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) də 7,1 milyon dinc sakinin Ukraynada didərgin düşdüyünü açıqlayıb.

Xatırladaq ki, müharibə başlayanda BMT münaqişənin qızışacağı təqdirdə 4 milyon qaçqının ölkəni tərk edəcəyini proqnozlaşdırmışdı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR