DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Baş İdarə Beynəlxalq Əlillər günü ilə əlaqədər tədbir keçirib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonu Şağan qəsəbəsində yerləşən 1 saylı İnternat evində Beynəlxalq Əlillər günü ilə…

|
Baş İdarə Beynəlxalq Əlillər günü ilə əlaqədər tədbir keçirib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonu Şağan qəsəbəsində yerləşən 1 saylı İnternat evində Beynəlxalq Əlillər günü ilə əlaqədər tədbir keçirilib.

VOİCEPRESS.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət evinin direktoru C. Süleymanov ölkəmizdə əlillərə göstərilən qayğı və diqqətdən danışıb. Əlillərin cəmiyyətə inteqrasiyası üçün belə tədbirlərin tez-tez keçirilməsinin zəruri olduğunu vurğulayıb.

Tədbir iştirakçıları əlil uşaqların əl işlərindən ibarət təşkil edilmiş sərgiylə tanış olublar.

Musiqili əyləncəli proqramda müğənnilər və şən klonların rəngarəng çıxışları uşaqlarda xoş ovqat yaradıb. Sonda internat məktəbinin rəhbərliyi tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR