DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Bakı Olimpiya Stadionu və “Qarabağ” klubu azarkeşlərə müraciət etdi

Bakı Olimpiya Stadionu və "Qarabağ" klubu bu arenada "Çelsi" ilə keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət ünvanlayıblar.VOİCEPRESS.AZ xəbər verir ki…

|
Bakı Olimpiya Stadionu və “Qarabağ” klubu azarkeşlərə müraciət etdi

Bakı Olimpiya Stadionu və “Qarabağ” klubu bu arenada “Çelsi” ilə keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət ünvanlayıblar.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Ağdamın “Qarabağ” klubunun və Bakı Olimpiya Stadionunun rəsmi saytları məlumat yayıb, oyun üçün stadiona gəliş-gediş sxemi təqdim edilib.

Azarkeşlərdən xahiş olunur ki, stadiona gələrkən “E” qapısından çıxıb şərq körpüsündən və “S” qapısından keçib cənub körpüsündən istifadə etsinlər.

Çıxış zamanı isə Bakı Nəqliyyat Agentliyi tərəfindən təqdim olunan avtobuslarla getmək lazımdır. İctimai dayanacağa getmək üçün “N” qapısı istiqamətində şimal körpüsündən, metronun “Koroğlu” stansiyasına getmək üçün isə “S” qapısından çıxıb cənub körpüsündən istifadə edilməlidir.

Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyuna üç saat qalmış açıq olacaq.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR