“Buta Airways” aviaşirkətinin Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə həyata keçiriləcək “J2-9103” reysinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar gecikir.
Aviaşirkətdən Voicpress.az-a bildirilib ki, İstanbul hava limanında güclü qar müşahidə olunur.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin edilirlər.