DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycanın sərbəst güləşçiləri Dağıstanda beş medal qazanıb

Dekabrın 21-də Dağıstanın Qarabudaqkənd rayonunda olimpiya çempionu Məhəmməd-Həsən Abuşevin şərəfinə sərbəst güləş üzrə açıq turnir keçirilib.VOICEPRESS-in…

|
Azərbaycanın sərbəst güləşçiləri Dağıstanda beş medal qazanıb

Dekabrın 21-də Dağıstanın Qarabudaqkənd rayonunda olimpiya çempionu Məhəmməd-Həsən Abuşevin şərəfinə sərbəst güləş üzrə açıq turnir
keçirilib.

VOICEPRESS-in məlumatına görə, 23 yaşadək güləşçilər arasında keçirilən yarışda olimpiya çəkiləri üzrə mübarizə baş tutub.

Turnirdə gənclərdən ibarət yığmamızın məşqçiləri Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında Azərbaycan millisinin bir neçə üzvü qüvvəsini sınayıb. Onlardan beşi fəxri kürsüyə qalxıb.

Davud İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gəlib. Saqadulla Ağayev (86 kq) gümüş, Şahin Muxtarov (57 kq), Aydın Əhmədov və İslam Abuyev (hər ikisi 125 kq) isə bürünc medal qazanıblar.

VOICEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR