DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq?

Azərbaycanın "Azerspace-2/Intelsat-38" ikinci geostasionar peykinin tikintisi üzrə işlər 90 faiz yekunlaşıb.VOİCEPRESS-ə xəbər verir ki, bu barədə Trend-ə…

|
Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq?

Azərbaycanın “Azerspace-2/Intelsat-38” ikinci geostasionar peykinin tikintisi üzrə işlər 90 faiz yekunlaşıb.

VOİCEPRESS-ə xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın peyk rabitəsi bazarındakı mənbə bildirib.

Tikinti işlərinin 2018-ci ilin yanvarında başa çatdırılması planlaşdırılır. Peykin gələn ilin birinci yarısında buraxılması nəzərdə tutulur.

Peykin orbitə çıxarılması ilə Fransanın “Arianespace” şirkəti məşğul olacaq. Bundan əvvəl “Azerspace/Africasat-1a” ilk peykinin buraxılışını da həmin şirkət həyata keçirmişdi.

“Azerspace-2/Intelsat-38” geostasionar orbitdə 45 dərəcə şərq uzunluğunda yerləşdiriləcək. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR