VOİCEPRESS-in xəbərinə görə, M.Tükənova Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Faktı M.Tükənovun ailəsi təsdiqləyib.
***
Musa Tükənov həbs edilməsinin təfərrüatları məlum olub.
Məlumata görə, 3 nəfər əlil şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə M.Tükənovdan şikayət edib. Həmin şəxslər şikayətlərində bildiriblər ki, M.Tükənov onlardan pul alıb. Həmin faktla bağlı da cinayət işi başlanılıb.
M.Tükənov Bakı İstintaq Təcridxanasına köçürülüb.
VOİCEPRESS.AZ