DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb

“Kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi hazırlanır.VOİCEPRESS.AZ-ın parlamentdən əldə etdiyi məlumata görə, artıq qanun layihəsinin…

|
Azərbaycanda  kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb

“Kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi hazırlanır.

VOİCEPRESS.AZ-ın parlamentdən əldə etdiyi məlumata görə, artıq qanun layihəsinin ilkin variantı hazırdır.

Yeni qanun layihəsinin 5 fəsil, 21 maddədən ibarət olması nəzərdə tutulub.

Sənəddə kiçik və orta sahibkarlığın inkişafının əsas istiqamətləri öz əksini tapacaq.

Həmçinin sənəddə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması, dövlət adından onlara göstərilən xidmətlərin vahid elektron informasiya sistemləri vasitəsilə göstərilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı üçün əlverişli şəraitin yaradılması, sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması, biznes subyektlərinə dövlət xidmətlərinin vahid məkanda təşkil edilməsi nəzərdə tutulub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR