DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan – Almaniya oyununda 6 qol vuruldu – YENİLƏNİB – VİDEO

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında sonuncu tura start verildi. VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, 3 qrupda qarşılaşmalara…

|
Azərbaycan – Almaniya oyununda 6 qol vuruldu – YENİLƏNİB – VİDEO

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında sonuncu tura start verildi. VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, 3 qrupda qarşılaşmalara yekun vurulacaq.

Azərbaycan millisinin də yer aldığı C qrupunda da son görüşlər baş tutacaq. İlk iki yerin sahibi müəyyənləşdiyindən X tur formal xarakter daşıyır.

Robert Prosineçkinin yetirmələri qrupdakı son matçını səfərdə keçirdi. Yığmamız Almaniya ilə görüşdü. Keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanan Bundestim artıq mundiala vəsiqəni təmin etsə də, seçmə mərhələni 100 faizlik nəticə ilə başa vurmaq iddiasında idi.

Bu üzdən son iki səfər oyununda xal qazana bilməyən millimizin möcüzə şansları da çox aşağ idi. Çünki Yoahim Lövün yetirmələri formal xarakterli matça da 3 xal üçün çıxdı.

İndiyədək Bundestimlə keçirdiyi bütün görüşlərdə uduzan komandamız üçün matç təksə tsiklin deyil, həm də ilin son oyunu idi Noyabr üçün yoxlama oyunu nəzərdə tutulmadığından Almaniya ilə görüşlə 2017-ci ilə də yekun vuruldu.

Qeyd edək ki, Almaniya – Azərbaycan matçı Kayzerslautern şəhərində keçirildi.

DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, C qrupu
X tur, 8 oktyabr

Almaniya – Azərbaycan – 5:1
Qollar: Qoretzka, 9, 66, Vaqner, 55, Rüdiger, 64, Emre Can, 81 – Ramil Şeydayev, 34

Baş hakim: Andris Treymanis
Baş hakimin köməkçiləri: Harald Qudermanis, Aleksey Spasyonnikov
Dördüncü hakim: Aleksandr Qolubev (hamısı Latviya)
Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya)
Komissar: Jan-Fransua Kruk (Belçika)
Kayzerslautern. Frits Valter stadionu

Almaniya: 12. Bernd Leno (q), 2. Şkodran Mustafi, 6. Niklas Süle, 9. Sandro Vaqner, 10. Lars Stindl, 13. Tomas Müller (k), 14. Emre Can, 18. Coşua Kimmix, 19. Leon Qoretzka, 20. Yuialn Brandt, 23. Leroy Sane
Ehtiyat oyunçular: 1. Kevin Trapp (q), 22. Mark-Andre ter Ştegen (q), 3. Marvin Plattenhart, 4. Mattias Ginter, 5. Mats Hummels, 15. Amin Yunes, 16. Antonio Rüdiger, 17. Jerom Boatenq, 21. Sebastian Rudi

Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 18. Təmkin Xəlilzadə, Rahid Əmirquliyev (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Emil Balayev (q), 4. Pavel Paşayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namik Ələskərov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 17. Mahir Mədətov, 21. Tərlan Quliyev.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR