21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Almaniya oyununun yeri və vaxtı dəqiqləşib.
VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, noyabrın 9-da Bakıda baş tutacaq qarşılaşma “Dalğa Arena”da keçiriləcək.
VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, noyabrın 9-da Bakıda baş tutacaq qarşılaşma “Dalğa Arena”da keçiriləcək.
Millimizin Bundestimlə ev oyunu saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Almaniya ilə Bakıdakı görüş millimizin seçmə mərhələdə 4-cü matçı olacaq. İlk iki oyunda məğlubiyyət alan yığmamız oktyabrın 6-da baş tutacaq 3-cü matçında da Bundestimlə görüşəcək. Bu qarşılaşma Kotbusda təşkil olunacaq.
VOİCEPRESS.AZ