DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan yığması Şotlandiyaya böyük hesabla uduzub

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində ikinci oyununu keçirib.  VOİCEPRESS-in məlumatına görə, Zamir Həsənovun baş məşqçisi…

|
Azərbaycan yığması Şotlandiyaya böyük hesabla uduzub

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində ikinci oyununu keçirib. 
 
VOİCEPRESS-in məlumatına görə, Zamir Həsənovun baş məşqçisi olduğu komanda Şotlandiya millisi ilə qarşılaşıb.

Maltada təşkil olunan turnirə Cəbəllütariq üzərində 2:0 hesablı qələbə ilə başlayan Azərbaycan millisi bu dəfə acınacaqlı məğlubiyyətlə üzləşib. İlk görüşdə komandamıza qələbə qazandıran legionerlər də bu dəfə yığmanı xilas edə bilməyiblər – 0:7.

Milliləşən legionerlərlə güclənən komanda Böyük Britaniya təmsilçisi qarşısında aciz qalıb. İlk yarıda 3 qol vuran rəqib fasilədən sonra daha amansız olaraq 4 dəfə fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 26-da keçirəcəyi son turun matçında Malta ilə üz-üzə gələcək.

U-17 (qızlar) arasında UEFA İnkişaf turniri
23 fevral
Şotlandiya – Azərbaycan – 7:0

Abiqeyl Ferqyuson, 9, 26, Tire Burçill, 30, Keyra Çuter, 61, Sofi Martin, 79, Hanna Robinson, 82, Emi Anderson, 90

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR