Avropa Xarici İşlər Xidmətinin siyasi direktoru Jan-Kristof Bellard Azərbaycana səfər gəlib.
VOİCEPRESS xəbər verir ki, bu barədə trend-ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis bildirib.
D.Danilidis qeyd edib ki, səfər tanışlıq məqsədi daşıyır və görüşlərdə noyabrın 24-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.
VOİCEPRESS.AZ