Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilib.
VOİCEPRESS.AZ-ın xəbərinə görə, “Bulvar Otel”də keçirilən konfransda 116 nümayəndə iştirak edir.
Əvvəlcə VK sədrinin müavini Aydın Axundovun 2012-2017-ci illər üzrə hesabatı dinlənilib.
Daha sonra VK Rəyasət Heyətinin üzvü, “Bakı Hüquq Mərkəzi” hüquq şirkətinin direktoru, “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırovun VK sədrliyinə namizədliyi irəli sürülüb və o, VK sədri seçilib.
VOİCEPRESS.AZ