DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ağ Evdən Talibanla bağlı qərar….

Ağ Evin sözçüsü: “Heç kim güman etməsin ki, “Taliban”a qarşı sanksiyaları yumşaltmaq fikrindəyik”

|
Ağ Evdən Talibanla bağlı qərar….
ABŞ Əfqanıstana yardımla bağlı qərarı ölkədə hökumət qurulduqdan sonra verəcək.
VOİCEPRESS xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, ABŞ hazırda “Taliban”a qarşı sanksiyaların yumşaldılması imkanlarını nəzərdən keçirmir.
“Heç kim güman etməsin ki, hazırda “Taliban” əleyhinə sanksiyaları yumşaltmaq fikrindəyik, bu, müzakirə predmeti deyil”, – Psaki bildirib.
Psaki qeyd edib ki, ABŞ-ın gələcəkdə atacağı istənilən addımda beynəlxalq birliyin rəyi nəzərə alınacaq.
Onun sözlərinə görə, ABŞ Əfqanıstan xalqının beynəlxalq yardım almasını istəyir: “Bu yardımlar xarici təşkilatların hesabına edilməlidir. Vaşinqton bu istiqamətdə artıq xüsusi bir lisenziya da əldə edib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR