DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

AFFA İntizam Komitəsi klubları cəzalandırdı

AFFA İntizam Komitəsi "Zirə" və "Sumqayıt" klublarını cəzalandırıb.VOİCEPRESS.AZ xəbər verir ki, buna Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab…

|
AFFA İntizam Komitəsi klubları cəzalandırdı

AFFA İntizam Komitəsi “Zirə” və “Sumqayıt” klublarını cəzalandırıb.

VOİCEPRESS.AZ xəbər verir ki, buna Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə baş vermiş olaylar səbəb olub.

“Neftçi” – “Zirə” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. 90+4-cü dəqiqədə isə “Zirə”nin futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Nəticədə o, 4 oyunluq cəzaya, klubu 3200 manat cəriməyə məruz qalıb.

Bundan başqa “Qarabağ”la ev oyununun 90-cı dəqiqəsində “Sumqayıt” azarkeşləri pirotexniki vasitələrdən yararlanıblar. Bu addım kluba 800 manat cərimə bahasına başa gəlib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR