ABŞ Ukraynadan buğda və qarğıdalı ixracı variantlarını nəzərdən keçirir.
Voicepress.az CNN-ə istinadən xəbər verir ki, Vaşinqton ərzaq məhsullarının dəniz, hava və dəmir yolu ilə daşınmasının müxtəlif təhlükəsiz yollarını araşdırır və Rusiyanın istər razılığı olsun istər olmasın bütün variantlar nəzərdən keçirilir. Televiziya şirkətinin məlumatına görə, bu məsələdə əsas oyunçulardan biri bu məsələ ilə bağlı Rusiya Federasiyası ilə danışıqlar aparan Türkiyədir.
Bildirilir ki, sözügedən məsələ BMT-nin Baş Qərargahında ABŞ-ın təşəbbüsü ilə keçiriləcək ərzaq təhlükəsizliyi konfransında əsas müzakirə mövzusu olacaq. Bu forum may ayında ABŞ-ın dünya təşkilatına sədrliyi çərçivəsində keçiriləcək. ABŞ dövlət katibi Entoni Blinkenin iştirak etmək üçün Nyu-Yorka gələcəyi, Türkiyə, Pakistan və adları hələ açıqlanmayan digər ölkələrin xarici işlər nazirlərinin də iştirak edəcəyi gözlənilir.
\voicepress.az\