DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ABŞ Rus milyarderin 300 milyonluq yaxtasına əl qoydu

Ağ Evin sözçüsü Cen Psaki Ficidə rusiyalı oliqarx Süleyman Kərimova məxsus 300 milyon dollarlıq yaxtanın müsadirə edildiyini bildirib. Voicepress.az  xəbər…

|
ABŞ Rus milyarderin 300 milyonluq yaxtasına əl qoydu

Ağ Evin sözçüsü Cen Psaki Ficidə rusiyalı oliqarx Süleyman Kərimova məxsus 300 milyon dollarlıq yaxtanın müsadirə edildiyini bildirib.

Voicepress.az  xəbər verir ki, Psaki Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

Rus milyarder Kərimovun 300 milyon dollarlıq super lüks yaxtasının Ficidə ələ keçirildiyini bildirən Psaki, bu əməliyyatın ABŞ-ın tələbi ilə Fici rəhbərliyi tərəfindən həyata keçirildiyini bildirib.

Qeyd edək ki, Sakit Okeanın cənub hissəsində yerləşən Fici ada dövləti rusiyalı milyarder Süleyman Kərimova məxsus Lautoka şəhərinin “Queens Wharf”da lövbər salmış 106 metr uzunluğunda super lüks yaxtanın saxlanıldığını bildirib.

Fici polis rəisi Sitiveni Qiliho bildirib ki, araşdırma yaxta bir neçə gün əvvəl Lautoka limanındakı “Queens Dock”a gəldikdən sonra başlayıb.

\voicepress.az\

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR