DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Aİ və Azərbaycan bir-biri üçün mühüm tərəfdaşdırlar”

Avropa İttifaqı (Aİ) və Azərbaycan bir-biri üçün mühüm tərəfdaşdırlar.VOİCEPRESS xəbər verir ki, bunu "Azərbaycanın rəqəmsal ticarət habı" I Beynəlxalq…

|
“Aİ və Azərbaycan bir-biri üçün mühüm tərəfdaşdırlar”

Avropa İttifaqı (Aİ) və Azərbaycan bir-biri üçün mühüm tərəfdaşdırlar.
VOİCEPRESS
xəbər verir ki, bunu “Azərbaycanın rəqəmsal ticarət habı” I Beynəlxalq konfransında çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır: “Bu gün Avropa İttifaqının payına Azərbaycan ixracının təxminən 50 faizi və idxalın 25 faizi düşür”.

K.Yankauskas qeyd edib ki, son bir neçə ildə Aİ Azərbaycanı iqtisadiyyatın diversifikasiyası və ixracın genişləndirilməsi məsələlərində dəstəkləyir:

“Biz insanları keyfiyyətli iş yerləri ilə təmin edə bilən iqtisadiyyat üzərində birgə işləyirik”.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR