Ötən gün ABŞ-ın Texas ştatında orta məktəbdə baş verən faciəli hadisənin təfərrüatları məlum olub.
Voicepress.az “Vaşinqton Post”a istinadən xəbər verir ki, ötən gün ABŞ-ın Texas Ştatında orta məktəbdə baş verən silahlı hücumu həyata keçirən 18 yaşlı Salvador Ramos hücumu həyata keçirəcəyi ilə bağlı Facebook hesabında məlumat paylaşıb.
Texas qubernatoru Qreq Abbott Salvador Ramosun Facebookdakı ilk paylaşımında “Nənəmi öldürəcəyəm” deyə bir paylaşım etdiyini bildirib. İkinci statusunda isə Ramos orta məktəbə silahlı hücum edəcəyini yazıb.
Bundan başqa 18 yaşlı Ramosun hücumdan əvvəlki gecədə İnstagramda tanımadığı bir qadına mesajlar yazdığı da bəlli olub. O, əlində silah olan şəkilinə tanımadığı qadını etiketləyib” Səni etikətlədiyim üçün minnətdar olmalısan” deyə başlıq yazıb. Faciədən sonra açıqlama verən qadın ona qorxduğu üçün cavab vermədiyini deyib: “Bilsəydim belə bir faciəni həqiqətən törədəcək həmin gecə yatmayıb onu fikrindən daşındırardım”.
Yaxın ətrafı, qohum və dostları Ramosun uşaq vaxtı dəhşətli dərəcədə şiddət gördüyünü bildirib. Nitq qüsurlu olduğu üçün uşaq vaxtı şiddətlə qarşılaşan Ramosun çox sıxıntılı bir ev həyatı olduğu məlum olub.
Ramosun uşaqlıq dostu onu hələ orta məktəb ilərindən tanıdığını, hərəkətlərində dəyişikliklər baş verənə qədər yaxın dost olduqlarını bildirib. Onlar birlikdə vaxt keçirər, müxtəlf video oyunlar oynayar, birlikdə basketbola gedərdilər. Valdez adlı gəbnc deyir ki, bir gün basketbol yonayarkən onun üzündə kəsiklər görüb: “Üzündəki kəsikləri əvvəlcə başqasının etdiyin i desə də sonra mənə həqiqəti söylədi. Üzünü əyləncə üçün dəfələrlə kəsirmiş”.
Hazırda cani kimi qoluna qandal vurulan 18 yaşlı Ramos sadəcə olaraq yalnız və şiddətlə böyüyən bir uşaqdır.
Günel Musa \voicepress.az\