Türkiyədə Azərbyacndakı seçkilərə münasibət: “Həvva xanım kimi elmi təfəkkürə malik Türk qadınının millət vəkilliyi statusuna sayqısı bir “mazbatanın” ömrü qədər deyildir!”

16 Dekabr, 18:30

Türkiyədə hər kəs Azərbaycanda gözlənilən növbədənkənar seçkilərdən danışır. Həqiqətəndə bir millət iki dövlət anlayışına dayanaraq, hər bir Türk vətəndaşının Azərbaycanda baş verən hər şeyə münasibət bildirmələri, can yandırmaları, Dağlıq Qarabağ deyəndə hər kəsin zəyif nöqtəsi olduğunu görmək, dərdinə, sərinə qardaş ölkədə sözün əsil mənasında şərik tapmaq böyük təsəllidir.

Türkiyədə hansı Azərbaycan ziyalısını millət vəkili olaraq, Türk qardaşlarımız görmək istərdi deyə bir sorğu apardıq. Sözsüz ki hər kəsin tanıdığı Qənirə xanım Paşayevanın ismini duyduq.

Amma Qənirə xanımın ismi ilə yanaşı, Azərbaycanlı professor xanım, dərin düşüncə sahibi, zamanında Türkiyə universitetlərindəki Dağlıq Qarabağla bağlı gərçəkləri var gücü ilə car çəkən, yoruldum-usandım demədən əsirlərlə erməni işğalına və hücumlarına məruz qalmış Türkün tarixini yazan, Xocalı Soyqrımını xatırlayanda, milyonların önündə göz yaşlarını saxlaya bilməyən, zamanında Azərbaycanı Milli Məclisdə Xankəndi deputatı olaraq təmsil edən Həvva xanım Məmmədovanın ismini duyduq.

Azərbaycanlı professor xanım haqqında duyduqlarım məni qəhərlənəcək dərəcədə qürurlandırdı. Başqa bir dövlətdə, soydaşımız haqqında belə fikirləri duymaq o qədər gözəl bir hissdir ki.

Türklər Həvva xanım Məmmədovanı “mazbatasız millət vəkili” adlandırır. Yəni mandatsız millət vəkili. Yəni hər kəs düşünür ki, Həvva xanım kimi elmi təfəkkürə malik Türk qadınının millət vəkilliyi statusuna sayqısı bir “mazbatanın” ömrü qədər deyildir. Həvva xanım üçün bu ömürlükdür, deyə düşünənlər qarşısında inanın səmimiyyətimə ki, bilmirdim, arayıb belə təəsürata imza atdığı üçün Həvva xanımamı təşəkkür edim, ya mənim vətənimin bir xanım professoru üçün belə ürəkdən sözlər söyləyən hər kəsə təşəkkür edim.

Sözsüz ki, Milli Məclidə Dağlıq Qarabağı gərçəkdən damarlarında hiss edən, ən böyük arzisi “Muğamı Qarabağda dinləmək” olan xanım Mehriban Əliyevanın arzusunu çin edə biləcək zehniyyət sahibidir Həvva xanım Məmmədova.

Bu gün seçkilərə hazırlıqlar gedir. Hər kəs öz namizədliyini irəli sürür. Həvva xanım Məmmədova isə hər kəsdən fərqli olaraq, nə öz namizədliyini irəli sürür, nə də, kimdənsə vəzifə gözləyir. Amma bizlər obyektiv olmağı bacarmalıyıq, deyə düşünürəm. Hər kəs aynada ancaq özünü görər kimi sadəcə öz mənfəətini düşünməməlidir. Həvva Məmmədovanın seçkidə iştirakı üçün Türkiyədə kompaniyaya start verdik.

Əziz soydaşlarım qarşıdan Həmrəylik günü gəlir. Həmrəy olaq! Ölkə hüdudlarından kənarda gərçəkdən dövlətin milli, mənəvi mənafeyini qoruyacaq nitq sahibini, Xocalı əsilli birinin isə xalqın ağrısına-acısına yanan biri olduğunu göz önündə bulunduraq və hər kəsin səsi Həvva xanım olsun!

[justify][/justify]

Ülkər Fərmanqızı
VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here