Müsavat başqanı Arif Hacılı bildirib ki, partiyanın 78 dairə üzrə 81 namizədi var.
Partiyanın başqanı Arif Hacılı 15 saylı Yasamal birinci seçki dairəsindən, sabiq başqanı, Milli Strateji Düşüncələr Mərkəzinin rəhbəri İsa Qəmbər isə 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədlihyini irəli sürüb.
Bundan başqa, sabiq deputat Arzu Səmədbəyli 8 Saylı Binəqədi birinci seçki dairəsindən, başqan müavini Nemət Kərimli 9 saylı Binəqədi ikinci seçki dairəsindən, partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı 10 saylı Binəqədi üçüncü seçki dairəsindən, digər başqan müavini Səxavət Soltanlı 11 saylı Qaradağ seçki dairəsindən namizədliyini irəli sürəcək.
Partiyanın rayon və şəhərlər üzrə 39, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 56, 57, 58, 60, 61, 62, 67, 68, 71, 77, 80, 81, 82, 85, 86, 87, 88, 89, 91, 93, 94, 96, 97, 102, 107, 108, 111, 112, 115, 117, 119, 124, 125 saylı seçki dairələrindən də namizədləri olacaq.
VOİCEPRESS