Azərbaycan Sosial Rifah Partiyasının Türkiyədə görüşü baş tutdu

3 May, 13:04

Türkiyənin Uluslarası Nakliyəçilər Birliyinin (UND) xüsusi dəvəti ilə Türkiyəyə səfər edən Azərbaycan Sosial Rifah Partiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin sədri, Ülkər Musazadənin gözlənilən görüşü may ayının 4-də baş tutub. Görüş Uluslarası Nakliyəçilər Birliyinin İcraiyyə Komitəsinin sədr müavinləri Erman Erek və Elif Sevimlə Ülkər Musazadə və VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun Türkiyə Şöbəsinin rəhbəri, siyasi yazar Abdullah Türer Yener arasında keçirildi.

Baş tutan görüşdə Azərbaycanın son zamanlar əldə etdiyi iqtisadi yüksəliş müzakirə mövzusu oldu. Daha sonra qardaş dövlət arasında iqtisadi əlaqələrin genişlənməsi fonunda Azərbaycan Sosial Rifah Partiyası ilə Türkiyənin Uluslarası Nakliyəçilər Birliyinin birgə iş proqramının verə biləcəyi tövhələr haqqında danışıldı.

Bu yöndə Azərbaycanın böyük iqtisadçı professoru Xanhüseyn Kazımlının dəyərli fikirlərinin iki dövlətin iqtisadi baxımdan iş birliyinin alınması naminə böyük uğuru kimi qiymətləndirən UND rəhbərliyi, bu kimi görüşlərin xeyirli nəticələr verə biləcəyini dilə gətirdi.

Qeyd edək ki, Sosial Rifah Partiyası ilə Türkiyənin Uluslarası Nakliyəçilər Birliyinin növbəti birgə görüşünün iyul ayının 23-də baş tutacağı gözlənilir.

Aysel İsgəndrova
VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here