“Danışıqlar konstruktiv keçir. Təhlükəsizlik Şurasının üzvləri hələ ki “yolun ortasındadırlar. Fransa qətnamənin qısa müddətdə qəbul edilməsini istəyir. Lakin sənədin bu gün qəbul edilməsi ehtimal edilmir”, – deyə Fransua Delarttr vurğulayıb.
Qeyd edək ki, Suriyanın İdlib vilayətində B. Əsəd rejiminə aid qırıcıların həyata keçirdiyi hava hücumları nəticəsində kimyəvi anbar zədələnib. Nəticədə ərazidə 100-dən çox insan ölüb. 500-dən çox adam yaralanıb.
Rusiya Suriyanın İdlib vilayətində baş verən kimyəvi qətliamla bağlı açıqlama verib. Açıqlamaya əsasən kimyəvi zəhərlənmənin səbəbi müxaliflərə məxsus kimyəvi silah anbarının Əsəd rejiminə aid qırıcıların həyata keçirdiyi hava hücumları nəticəsində zədələnməsidir. Açıqlamanı Rusiyanın müdafiə nazirliyi verib. Nazirlik rejimə məxsus təyyarələrin bombaladığı şəhərdə müxaliflərə aid kimyəvi silah anbarının zədələndiyini və bu səbəbdən zəhərli qazın sızmasının baş verdiyini bildirib. Rusiya müdafiə nazirliyi isə dünən açıqlama verərək hava hücumunda rus qırıcılarının iştirak etmədiyini bildirmişdi.
VOİCEPRESS.AZ







