Yaxın günlərdə təyinat gözlənilir-Yeni baş nazir kim olacaq?

0
314348

VOİCEPRESS xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet bildirir ki, vitse-prezidentlərin təyinatı ilə paralel olaraq iki strukturda – Nazirlər Kabinetində və Bakı Şəhər İcra Hakimiyyətində ciddi dəyişikliklər gözlənilir.

Qəzetə bu haqda informasıya verən mənbə baş nazir Artur Rasizadə ilə bərabər onun fövqəladə hallar üzrə müavini Abid Şərifovun da öz postunu itirəcəyini iddia edib: “Kənd təsərrüfatını kurasiya edən İsmət Abbasovun da baş nazirin müavini statusunu itirəcəyi gələn xəbərlər sırasındadır”.

Qəzet yazıb ki, birinci vitse-prezidentin kurasiya edəcəyi Nazirlər Kabinetində idarəçiliyə kimin gətiriləcəyi də yəqinləşib: “Bildirilir ki, kabinetə başçılığın baş nazirin birinci müavini Yaqub Eyyubova həvalə edilməsi daha real görünür. Amma hazırda işləyən nazirlərdən daha iki nəfərin də adı baş nazir iddiaçıları sırasındadır”.

Xəbərdə o da qeyd olunub ki, Bakı meriyasının tabeliyindəki ləğv ediləcək idarələrin siyahısı da hazırlanıb. Belə ki, Mənzil Kommunal və Texniki Xidmət Sahələri, Ticarət və Xidmət Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Memarlıq və Şəhərsalma Baş İdarəsi, Mənzil-Kooperativ Təsərrüfatı İdarəsindən başqa digər strukturlar ya birdəfəlik ləğv olunacaq, ya da birləşdiriləcək. Bu struktur dəyişikliyindən sonra isə Bakının yeni icra başçısının təyinatı gerçəkləşəcək.

Bununla bərabər xəbərdə Hacıbala Abutalıbovun BŞİH-nin rəhbərliyindən gedəcəyi də qeyd edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here