“Mosulun qərb hissəsində 30-dan çox yaşayış evi dağıdılıb. Şəhərdəki müəssisələrinin altmış faizi viran qoyulub. Şəhərin 70 faizində yaşamaq, məskunlaşmaq üçün tikili qalmayıb”, – deyə mer bildirib.
Merin sözlərinə görə, şəhərin 90 faiz hissəsində yollar və infrastruktur terrorçular tərəfindən tamamilə dağıdılıb.
Qeyd edək ki, hazırda Mosulun qərbində İŞİD terrorçuları 300 minə yaxın dinc əhalini nəzarətdə saxlayır. Terrorçular insanlara imkan vermirlər ki, şəhəri tərk etsinlər. Gizlincə şəhərdən qaçmaq istəyənlər isə öldürülür.
Xatırladaq ki, 2016-cı ilin oktyabr ayından Mosulda İraq ordusu və ABŞ hərbçilərinin birgə təşkil etdiyi koalisiya qüvvələri əməliyyatlara başlayıb. Əməliyyatlar nəticəsində İraqda bir çox ərazi İŞİd terrorçularından təmizlənib. Bu ilin mart ayından başlayaraq Mosul şəhəri mühasirəyə alınıb.
VOİCEPRESS.AZ