“Binə” ticarət mərkəzində yanğının qarşısı alınıb.
VOİCEPRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən söndürülüb.
11:02
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda “Binə” ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub.
VOİCEPRESS FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
VOİCEPRESS.AZ