Elxan Abdullayev: “Komanda yaxşı təsir bağışladı”

9 Yanvar, 12:24

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev “Sivasspor”la yoxlama oyunundan (0:0) sonra fikirlərini klubun rəsmi saytına bildirib.

VOİCEPRESS sportfm.az-a istinadən xəbər verir ki, Abdullayev seleksiya işinin düzgün qurulduğunu qeyd edib: “İlk oyunumuzu keçirdik. Hazırda fiziki hazırlıq üzərində işləyirik. Komanda yaxşı təsir bağışladı. Bir neçə futbolçu transfer olunub, onların da çıxışından razı qaldım. Bu oyun bir daha göstərdi ki, seleksiya işimiz düzgün qurulub. Təbii ki, bir oyunla heç nə demək olmaz. Qarşıda yoxlama görüşlərimiz var. Düşünürəm ki, oyundan oyuna daha yaxşı olacaq və bu yaxşı oyunumuzu çempionatda da davam etdirmək istəyirik”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here