Türkiyənin İstanbul Şəhərində keçirilən “Türkiyə Avropa İş Dünyası Ödülleri” gecəsinə Azərbaycandan dəvət olunan Qida təhlükəsizliyi hərəkatının rəhbəri Məhsəti Hüseynova ”Yılın En İyi STK Başkanı” mükafatına layiq görüldü.
Onun il ərzində Azərbaycanda, Türkiyədə, Bosniya və Herseqovinada sağlam qidalanma və qida təhlükəsizliyi sahəsində xüsusilə yeniyetmə və gənclər arasında gördüyü maarifləndirmə işləri qardaş Türkiyəmiz tərəfindən diqqətdən kənarda qalmadı. Türkiyədə bu il 3-cüsü təşkil edilən “Türkiyə Avropa İş Dünyası Ödülleri” Türkiyədən, Avropa və Afrikanın bir sıra ölkələrindən , Qazaxıstandan qatılan siyasət, iş, media, sənət və musiqi dünyasının əhəmiyyətli insanlarının mükafatlandırıldığı mərasimində Azərbaycandan dəvət olunan Məhsəti Hüseynova da öz sahəsində ilin ən yaxşıları sırasında oldu.
Media nümayəndələrinə açıqlama verən Məhsəti Hüseynova “Bu gün uğurumuzun nailiyyətlərini bu mükafatla bir daha qeyd edirik. Mən fəxr edirəm ki, Sağlam Qidalanma və Qida Təhlükəsizliyi sahəsindəki fəaliyyətim Türkiyəmiz tərəfindən mükafatlandırılıb. Çünki bütün işlərim sağlam Türkiyə və Azərbaycan gəncləri və onların gələcəyi üçündür. “Türkiyə Avropa İş Dünyası Ödülleri” Mükafatının verilməsində dəyər verən, əməyi olan hər kəsə təşəkkürümü bildirirəm, təşəkkür edirəm.” dedi.
Eyni zamanda tədbirdə qonaqları bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına COP 29- a dəvət edərək bu tədbirin ölkəmiz və Türk dünyası üşün böyük əhəmiyyətə malik olmasını vurğulayıb.
Qeyd edək ki, Məhsəti Hüseynova Azərbaycanda ilk sağlam qidalanma mütəxəssisi olmaqla yanaşı, həm də “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədridir.