Türkiyədə ölənlər arasında azərbaycanlılar var?

6 Fevral, 11:39

Türkiyənin zəlzələ baş verən bölgələrində həlak olan və yaralananlar barədə Azərbaycan vətəndaşlarının olması barədə heç bir məlumat daxil olmayıb.

Bu barədə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

XİN rəsmisi hazırda araşdırmaların davam etdirildiyini söyləyib.

Qardaş Türkiyədə baş verən zəlzələ qurbanları arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə araşdırma aparılır.

Onun sözlərinə görə, hazırda araşdırma tədbirləri davam etdirilir.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.