Türkiyənin vitse-prezidenti Fuat Oktay zəlzələ ilə bağlı son məlumatları açıqlayıb.
“TRT Haber”in yaydığı məlumata görə, Fuat Oktay Kahramanmaraş haqda zəlzələ statistikasını mətbuatla paylaşıb.
O bildirib ki, Kahramanmaraşda zəlzələ nəticəsində 70 nəfər həyatını itirib, 200 nəfər isə yaralanıb. 30 bina tamamilə dağılıb.
“Rəqəmlər arta bilər”, – deyə vitse-prezident söyləyib.
O, ümumi statistikanı da açıqlayıb. Bildirilib ki, dəhşətli zəlzələ nəticəsində ümumilikdə 284 nəfər həyatını itirib, 2323 nəfər yaralanıb, 1710 bina isə dağıılıb.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.