Pakistan zəlzələyə görə Türkiyəyə yardım göndərəcək.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, Pakistan zəlzələ ilə bağlı axtarış-xilasetmə qüvvələri ayırıb və bu qüvvələr tezliklə Türkiyədə olacaqlar.
Şimali Kipr Türk Respublikasından da Türkiyəyə yardım üçün göndərilən qüvvələr artıq yola çıxıblar.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.