Rusiya Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək etmək məqsədilə 2 təyyarə ayırıb.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiya FHN məlumat yayıb.
Bildirilib ki, təyyarələrin göndərilməsinə hazırlıq işləri artıq tamamlanıb.
Həmçinin Rusiyadan Suriyadakı hərbi baza ilə bağlı məlumat açıqlanıb və zəlzələnin hərbi bazanın döyüş qabiliyyətinə təsirsiz ötüşdüyü qeyd olunub.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.