Vüqar İskəndərov: “Obyektiv fikir səsləndirməkdə acizdirsə, ən azından regionda təmin olunmuş təhlükəsizliyi pozacak fikirlər səsləndirməkdən çəkinməlidir…”

23 Yanvar, 11:27

“Avropa Parlamentində bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan əleyhinə qəbul olunmuş qətnamənin davam edən müzakirələrini şiddətlə qınayıram”. Bu sözləri mətbuata açıqlamasında Millət Vəkili Vüqar İskəndərov deyib.

Millət Vəkilinin  sözlərinə görə, sözü gedən sənəddə Erməni separatçıların mövqeyini müdafiə edəcək cümlələrə yer verilib  və  Azərbaycandan Laçın yolunu açmaq tələb olunur:

“Bununla yanaşı  ATƏT-in sülhməramlı qüvvələrinin mövcud olmadığı halda Sənəddə Rusiya hərbi kontingentinin bölgədəki fəaliyyətindən imtina edilməsi gərəkdiyi və onun ATƏT-in sülhməramlı qüvvələrlə əvəz edilməsi gərəkliyi bildirilir.

Sənəddə eyni zamanda  Azərbaycan Ermənistanın Qarabağdakı ermənilərlə “nəqliyyat, energetika və kommunikasiya əlaqələrini pozmaq məqsədi ilə müəyyən çağırışlar yer da yer alır ki, bu da birmənalı olaraq Azərbaycanın regionda davamlı sülh və əminamanlığın təmin olunmasındakı səyləri ilə ziddiyyət təşkil edir.

Nəzərə almaq gərəkir ki, Avropa Parlamenti təxminən 4 il əvvəl, 2018-ci ilin dekabr ayında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti haqqında  qətnamə qəbul edib. Bu Avropanın tutduğu bu mövqe və qəbul olunan bu sənəd 2018 ci ildə özünün qəbul qətnamənin etdiyi prinsiplərini pozur.

Avropa Parlamenti nəzərə almalıdır ki,  haqqında danışdığı kommunikasiya xətləri Azərbaycanın ərazi bütövlüyü və qanunları pozularaq çəkilib  və bu gün sözü gedən kommunikasiya xətləri Azərbaycan qanunlarına uyğunlaşdırılmalıdır. Avropa Parlamenti öz verdiyi qərarlara və qəbul etdiyi qətnamələrə əsasən siyasət yürütməlidir. Obyektiv fikir səsləndirməkdə acizdirsə, ən azından regionda təmin olunmuş təhlükəsizliyi pozacak fikirlər səsləndirməkdən çəkinməlidir.

Avropa Parlamenti bir neçə il əvvəl müstəqil olmaq istəyən quruluşlara  veto qoymuşdu.  İspaniyanın, o cümlədən Ukraynanın, Gürcüstanın və Moldovanın  ərazi bütövlüyünü dəstəklədiyini açıqlamışdı. Belə olan halda, Avropa Parlamenti nə üçün Azərbaycana qarşı ikili standartlar tətbiq edir?  Avropa Parlamenti  sanksiya qəbul etdikləri Rusiyaya bağlı olan Ermənistanın mövqeyini hansı əsasla bu qədər ziddiyyətlərə rəğmən müdafiə edir?

Görünən odur ki, Avropa Palamentinin tutduğu mövqe birmənalı olaraq regionda təmin olunan təhlükəsizliyə qarşı açıq şəkildə çağırışlar edir, addımlar atır ki, bu da Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsindəki ümumi siyasətinin nə qədər etibarsız və əsassız olduğunu göstərir”.

 

 

Ülkər Fərmanqızı