Kəlbəcərə minalar hansı yolla gətirilib? – Nazir sual verdi

21 Yanvar, 14:46

“Laçın yolu üzərindən erməni hərbçilər qanunsuz olaraq rotasiya olunurdu. Bu, əsas 4 qanun pozuntusu istiqamətindən biridir”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, 2020-ci ilin noyabr ayında sülhməramlılar müvəqqəti orada yerləşdirildiyi zaman Ermənistan öhdəlik götürüb ki, bütün hərbçilər ərazidən çıxarılmalıdır:

“Silah-sursat və minaların daşınması prosesi gedirdi. 2700-dən artıq 2021-ci il istehsalı Ermənistan minası haradan çıxdı? 2022-ci ilin noyabr ayında Kəlbəcərdə mina partlayışında 8 nəfər azərbaycanlı bunun qurbanı oldu. Kəlbəcərə minalar hansı yolla gəlib?”