BMT Quranın yandırılmasına belə reaksiya verdi

24 Yanvar, 01:12

BMT-nin Baş katibi Antoniu Quterreş İsveçin paytaxtı Stokholmda müqəddəs “Qurani-Kərim”in yandırılmasına münasibət bildirib.

Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Quterreş Quran kitabına qarşı alçaldıcı davranışı pisləyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında radikal sağçı partiyanın lideri müqəddəs kitabı yandırıb. Türkiyə və Azərbaycan başda olmaqla bir çox ölkə təxribatı tənqid edən bəyanatlar verib.